“İmtahan binasının yanında gözləyən valideyn cərimələnə bilər”- Ekspertdən açıqlama
21 iyul 2020 13:54 (UTC +04:00)

“İmtahan binasının yanında gözləyən valideyn cərimələnə bilər”- Ekspertdən açıqlama

"Arayış verilmiş valideyn və ya digər ailə üzvü imtahan binasının yaxınlığında gözləmək hüququna malik deyil". 

Bu sözləri təhsil eksperti Kamran Əsədov Lent.az -a bildirib. O qeyd edib ki, pandemiya dövründə imtahanların təşkili olduqca məsuliyətli bir işdir:

“Mart ayından dərslərlə bərabər bütün imtahanlar da təxirə salınıb. Uzun fasilədən sonra iyun ayının 10-undan etibarən DİM yenidən imtahanları təşkil etməyə başlasa da, sərt karantin elan olunan şəhər və rayonlarda imtahanların keçirilməsi təxirə salınmaqda davam edirdi. Bu da şagirdlərin haqlı olaraq narazılığına səbəb olurdu. Uzun müddət tədris prosesindən kənarda qalmaq, hazırlıq kurslarının və repititorların xidmətindən istifadə edə bilməmə şagirdlərin psixoloji gərginliyinə də  səbəb olurdu. Uzun müzakirələrdən sonra sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda da imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verildi və 23-24 iyulda imtahanlar keçiriləcək”.

Ekspert bildirib ki, nəzərə alsaq ki, imtahanların keçirildiyi ərazilərdə sərt karantin rejimidir və sərbəst hərəkətə icazə verilmir. Bu zaman imtahanda iştirak edəcək şagirdlərin hər il olduğu kimi yanında valideyinlərinin getməsi mübahisəli mövzudur:

İctimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq bu il şagirdlərin yanında valideynin getməsində dəyişiklik var. Belə ki, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz. Hansı valideynin onu imtahana aparıb gətirməsini imtahan iştirakçısı özü müəyyən edəcəkdir. Bir vacib məqam var ki, arayış verilmiş valideyn və ya digər ailə üzvü imtahan binasının yaxınlığında gözləmək hüququna malik deyil. Onlar şagirdi imtahan binasına yola salıb ordan uzaqlaşmalıdırlar. Əks tədqirdə cərimələnə bilərlər”.

Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18093

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38